23 Dekabr 2017 11:52
1 638
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi 2018-ci ilin maliyyə büdcəsində Suriyaya ağır silahlar yollamağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, noyabrın 24-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında “YPG qruplaşmasına bundan sonra silah getməyəcək” deyən ABŞ Prezidenti Donald Tramp Pentaqonun may ayında hazırladığı büdcəni dekabrın 12-də imzalayıb.

2018-ci ilin büdcəsinə əsasən Suriyaya 500 miylon dollarlıq hərbi avadanlıq göndəriləcək. Bu pulun nəyə xərclənəcəyi maraqla qarşılanıb.

Pentaqon tərəfindən hazırlanan sənəddə “Suriya Demokratik Qüvvələri” sözləri “yoxlanılmış Suriya müxalifəti” ilə əvəzlənib. Bu isə silahların YPG-nin tərkib hissəsi olan SDQ-yə gedəcəyi anlamına gəlir.

Büdcədən ayrılan pul hesabına ABŞ ilk növbədə Suriyada kürd silahlılarının sayını artırmaq istəyir. Hazırda Suriyada kürd silahlılarının sayı 25 mindir. Növbəti il isə bu rəqəm 30 min olacaq.

Bundan başqa, göndəriləcək silahlar üçün 50 ədəd C-17 təyyarələrindən istifadə ediləcəyi bildirilib. ABŞ-ın Suriyaya göndərəcəyi silah, sursat, hərbi avadanlıq və avtomobillərin cədvəlini təqdim edirik:


Müəllif: Samir

Oxşar xəbərlər