Ukraynanın sabiq baş naziri Arseni Yatsenyuk Cenevrə aeroportunda saxlanılıb.
Teleqraf.com-un xəbərinə görə, bu barədə siyacətçinin mətbuat katibi Olqa Lappo Facebok-da bildirib.
"Rusiya müstəntiqlərinin ittihamları nə qədər absurd olsa da, onların real nəticələri olur. Kiçik qızı ilə Cenevrəyə uçan Arseniy Yatsenyuku Rusiyanın istəyi ilə Cenevrədə pasport yoxlnışı zamanı saxlayıblar. Rusiya iddia edir ki, guya Yatsenyuk Çeçenistanda döyüşlərdə iştirak edib. Cenevrədə on dəqiqdən sonra onu azad etsələr də, geriyə uçuş zamanı da eyni halın baş verə biləcəyi barədə xəbədarlıq ediblər", - Olqa Lappo yazıb.