24 Dekabr 2017 12:45
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtonun Seattle əyalətinin bölgə məhkəməsi ABŞ Prezidenti Donald Trampın 11 ölkədən gələn miqrantların qəbulunu mümkünsüz edən qərarını qismən şübhə altına alıb.

Teleqraf.com xəbər verir ki, məhkəmənin federal hakimi Ceyms Robartin prezidentin 24 sentyabrda verdiyi və 11 ölkədən gələn insanların qəbul edilməyəcəyi haqda qərarını dayandırıb.

Hakim Robartin Misir, İran, İraq, Liviya, mali, Somali, Sudan, Cənubi Sudan, Suriya, Yəmən və Şimali Koreyadan gələn miqrantların Amerikaya qarşı xeyirxah niyyətləri olduğu müddətcə sənədlərinin qeydə alınması, təhlükəsizlik araşdırmalarının davam etdiyi müddətdə qəbul olunmalarının mümkün olduğu haqda qərar verib.

Hakim eyni zamanda Tramp hökuməti tərəfindən dayandırılan miqrantların ailə birliyi haqqında da qərar verərək hesab edib ki, ABŞ-da olan immiqrantların ailə üzvlərinin ölkəyə daxil olmasını reallaşdıran proqram yenidən həyata keçirilməlidir.


Müəllif: Cavad

Oxşar xəbərlər