24 Dekabr 2017 16:55
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın Kataloniya muxtariyyətinin keçmiş lideri Karles Puçdemon ölkəyə qayıtmaq istədiyini və bunun üşün hökümətlə hər cür danışıqlara hazır olduğunu deyib.

Teleqraf.com xəbər verir ki, Puçdemon “Royter”ə açıqlamasında İspaniya hökümətindən yanvarın 23-də start götürəcək parlament seçkilərinə qədər Kataloniyaya dönməsinə icazə istəyib. O, bununla bağlı İspaniya hökumətindən təkliflər gözlədiyini qeyd edib.

2017-ci il 1 oktyabrda keçirilən qeyri-legitim referendumdan sonra həmin ayın 27-də Kataloniyanın müstəqilliyi təktərəfli şəkildə elan olunub. Elə həmən gün İspaniya senatı Kataloniya parlamentini buraxıb və dekabrın 21-də seçkilərin keçiriləcəyini bəyan edib.

Kataloniya hökumətinin bəzi nümayəndələri həbs edilsə də, separatçıların lideri Puçdemon başda olmaqla 3 nazir Belçikaya qaçıb.


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər