Rusiyanın Mərkəzi Seçki Komissiyası müxalifət lideri Aleksey Navalnının prezidentliyə namizədliyini irəli sürmək üçün sənədlərini qəbul edib.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, korrupsiya araşdırmasından dolayı iyun ayında 30 sutka hәbs cәzası alan Navalnının prezidentliyə namizəd ola bilməyəcəyi qeyd olunurdu.
Navalnı ittihamları rədd edir.
Xüsusi ilә gәnclәrin dәstәklәdiyi Navalnı namizәdliyinin rәsmilәşәcәyi tәqdirdә Putinә qarşı әn güclü rәqib kimi göstәrilir.
Xatırladaq ki, Rusiyada 18 martda prezident seçkilәrinin keçirilməsi gözlənilir.