3 Avqust 2014 15:57
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusu ötən gecə Qəzza zolağı ilə sərhədə əlavə qüvvələr cəlb edib.

Gecə saatlarında sərhədə əlavə canlı qüvvənin və hərbi texnikanın cəlb edilməsini əks etdirən kadrlar yayıb.

Bu səhər isə Qəzza zolağına yenidən aviazərbələr endirilib. Qəzza şəhəri üzərində partlayışlar nəticəsində havaya qalxan tüstü qatını görmək mümkündür. Atışma səslərinin də gəldiyi bildirilir.

İsrailin Baş naziri Benyamin Netanyahu isə əməliyyatların davam etdiriləcəyini bəyan edib. “Ordu əməliyyatları davam etdirir və missiya başa çatana kimi davam etdirəcək də. Tunellərlə bağlı missiya başa çatdırıldıqdan sonra ordu xalqın təhlükəsizliklə bağlı tələbatlarına uyğun olaraq, siz İsrail vətəndaşlarının təhlükəsizliyini qaytarana kimi, əməliyyatları davam etdirəcək.” - Benyamin Netanyahu belə deyib./anspress/


Müəllif: