Gürcüstan ordusu iri miqyaslı hərbi təlim keçirib.
Təlimlər paytaxt Tiflisdən təxminən 20 km aralıda yerləşən Vaziani hərbi bazasında baş tutub. Təxminən 800 hərbçinin qatıldığı təlimlərdə yeni taktika və imkanları mənimsəmək məqsədilə daha çox tank və hava artilleriyasından istifadə olunub.
Gürcüstanın müdafiə naziri İrakli Alasaniya hərbi təlimlərin məqsədini də açıqlayıb. O, bu təlimlərin sonuncu münaqişə zamanı yol verilən strateji səhvlərin aradan qaldırılması səbəbilə keçirildiyini bildirib.
Bu döyüş hazırlığı 2008-ci ilin rus-gürcü müharibəsindən sonra Gürcüstanın keçirdiyi ilk belə təlimdir./anspress/