Rusiya Mərkəzi Seçki Komissiyası müxalifətçi Aleksey Navalnının prezidentliyə namizədliyini qeydə almayıb.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, MSK buna səbəb kimi Navalnının barəsində açılmış cinayət işini göstərib.
Korrupsiya araşdırmasından dolayı iyun ayında 30 sutka hәbs cәzası alan Navalnının prezidentliyə namizəd ola bilməyəcəyi qeyd olunurdu.
Navalnı ittihamları rədd edir.
Xüsusi ilә gәnclәrin dәstәklәdiyi Navalnı Rusiyada Putinә qarşı әn güclü rәqib hesab olunur. .
Xatırladaq ki, Rusiyada 18 martda prezident seçkilәrinin keçirilməsi gözlənilir.