Səhər saatlarında Yunanıstanda güclü zəlzələ qeydə alınıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Avrasiya-Aralqı dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.
Maqnitudası 5 bal olan zəlzələnin episentri Korfu adasından 94 kilometr cənub-şərqdə, yerin 10 kilometr dərinliyində yerləşib.
Dağıntı və tələfatla bağlı məlumat verilmir.