Fətullahçı terror təşkilatının maliyyə mənbəyi sayılan Koza-İpək Holdinqlə bağlı Türkiyə Baş Prokurorluğu yeni məlumatlar yayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məlumatlarda holdinqin rəhbəri Axın İpəkin 5 ildə Türkiyə sərhədlərindən kənara 1.4 milyard türk lirəsi (624,5 milyon AZN) dəyərində qızıl çıxardığı bildirilib.
Qızıllar “Müqəddəs Hoca payı” kimi qeyd edilib.
Prokurorluq qızılların ABŞ-da yaşayan FETÖ rəhbəri Fətullah Gülənə göndərildiyini açıqlayıb.
Qızıllar 2011-2015-ci illərdə göndərilib.