İraq Kürd Muxtariyyətinin parlamentinin sədri Yusif Məhəmməd istefa verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bununla bağlı özü jurnalistlərə açıqlama verib.
Məhəmməd bildirib ki, üzvü olduğu Dəyişiklik Hərəkatı və İslam Cəmiyyəti Partiyasının hökumətdən istefa verməsindən sonra bu vəzifədə qala bilməz.
İstefaya səbəb kimi ölkədə baş verən iğtişaşlar göstərilib.
Qeyd edək ki, İraq Kürdüstanında maaşların verilməməsi və korrupsiyaya qarşı keçirilən ixtişaşlar zamanı 5 nəfər ölüb, 95 nəfər yaralanıb.