Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Baş Prokurorluğuna getməyəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Saakaşvilinin vəkili Ruslan Çernolutski deyib.
O bildirib ki, Saakaşvili dindirilmədən imtina edib.
Qeyd edək ki, sabiq qubernator bu gün dindirilmək üçün prokurorluğa çağırılıb.