9 fərqli adamla 11 dəfə ailə quran eks-model Cill Koit 2 ərini qətlə yetirdiyi üçün ömürlük həbs cəzasına məhkum edilib.
Teleqraf.com xəbər verir ki, Cill Koit adlı ingilis qadın 9 fərqli adamla 11 dəfə evlənib. Ailə qurduğu insanlardan ikisini öldürüb. İlk dəfə 17 yaşında ailə qurub. 3-cü əri Vilyam Klarkla başqa bir adamla evil ola-ola evlənib. Cillin əri olduğunu və ona xəyanət etdiyini öyrənən Klark boşanmaq üçün məhkəməyə müraciət edib. Cillin ona puluna görə ərə gəldiyini iddia edib. Ancaq cütlük boşanandan sonra yenidən evlənib. İkinci evlilikləri də uzun sürməyib. Bu dəfə də Vilyam boşanmaq istəyən tərəf olub. Boşanandan 20 gün sonra kürəyindən 2 güllə vurularaq öldürülüb.
Model xanımın növbəti cinayəti isə, son evliliyində ortaya çıxıb. Böyük mağaza sahibi və Koloradonun ən dəyərli adamlarından olan Cerri Boqqs adlı son ərini hamilə olduğuna inandırıb. Ancaq Boqqsun ailəsi Cilli heç sevməyib və ona inanmayıb. Özəl dedektivlər tutaraq qadının keçmişini araşdırmağa başlayıblar. Ortaya çıxan mənzərə isə onları şoka salıb. Cillin keçmişdə 8 dəfə evli olması bir yana, 7 əri ilə hələ də evil olduğu üzə çıxıb. Eyni zamanda bir neçə saxta adı və arxivlərdə dələduz kimi qeydiyyatı var idi.
Əri hər şeyi öyrənəndən sonra Cilldən ayrılıb. Ancaq bu vəziyyət zalım qadından xilas olmaq üçün kifayət etməyib. Növbəti əri ilə əlbir olaraq Boqqsu öldürüblər. Meksikaya qaçan cütlük pulları qurtarandan sonra yenidən Amerikaya qayıdıb. Cillin oğlu Seth Cerri Boqqs və Vilyam Klark cinayətini polisə danışandan sonra qadını həbs ediblər.
Ömrünün sonuna qədər dəmir barmaqlıqlar arxasında qalacaq Cill bu keşməkeşli həyatına görə, “Qara dul” ləqəbini alıb.