26 Dekabr 2017 20:46
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Hama şəhərində müxalifət prezident Bəşər Əsədə bağlı hərbi qüvvələrə məxsus qırıcını vurub.

Teleqraf.com xəbər verir ki hərbi təyyarəni Azad Suriya Ordusunun bir qolu olan Azad İdlib Ordusu vurub.

L39 tipli hərbi təyyarə Hamanın şərqindəki Əbu Dali və Um Karyeteyn kəndləri yaxınlığında vurularaq yerə düşüb.

Pilotun görüntüləri qeydə alınsa da, durumu bəlli deyil.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər