"Volksvagen Qrup" şirkəti Rusiyada 1800-dən çox "Audi" markalı avtomobili geri çağırıb.
Teleqraf.com xəbər verir ki, qərar əlavə qızdırıcı elementin işində yaranan qüsurlarla əlaqədardır.
Məlumatda qeyd olunur ki, geri çağırılma 2011-2016-cı illər arasında Rusiyada satılmış A4, A5 və Q5 modellərinə şamil olunur.
Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.