27 Dekabr 2017 01:36
1 470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ordusunda qulluq edən 28 yaşlı baş çavuş Rıdvan Çətin əsgərlərin gözü qarşısında tapança ilə özünü öldürüb.

Teleqraf.com xəbər verir ki, rus ruleti oynayan R.Çətin ilk atışdaca məğlub olub.

Məlumata görə, Çətin içkili olub. O, hərbçi yoldaşlarından tapança alaraq güllələri boşaldıb və barabanda tək güllə saxlayıb. Tapançanı gicgahına dirəyən Çətinin tətiyi çəkməklə yerə sərilməyi bir olub.

Çətin nişanlı olub və yaxın vaxtlarda ordudan ayrılmağı düşünürmüş.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər