ABŞ İŞİD və və başqa terror qruplaşmalarını dəstəkləməkdə davam edir.
Teleqraf.com Press TV-yə istinadla xəbər verir ki, bu sözləri İranın ali lideri ayətullah Əli Xamenei deyib.
Onun sözlərinə görə, ABŞ İranın əsas düşmənidir: “Birləşmiş Ştatlar Əl-Səud sülaləsi daxil olmaqla Yəmənə və Fələstinə qarşı cinayət törədən hökumətləri, regiondakı diktator rejimlərini dəstəkləyir. Onlar öz ölkələrində də cinayət həyata keçirirlər. ABŞ polisi qaradərili qadınları, uşaqları və gəncləri öldürür və sonra məhkəmədə bəraət qazanır. Bu onların məhkəmə sistemidir. Amma onlar bizim məhkəmə sistemimizi, o cümlədən başqa ölkələrin məhkəmə orqanlarını tənqid edirlər”.