28 Dekabr 2017 12:09
1 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox böyük çətinliklərə baxmayaraq, hakimiyyət əhəmiyyətli işlər həyata keçirib.

Teleqraf.com xəbər verir ki, bu sözlər ABŞ Dövlət katibi Reks Tillersonun “Nyu York Tayms” qəzetində dərc edilən məqaləsində yer alıb.

Tillerson hökumətin fəaliyyətindən qürur duyduğunu qeyd edərək, böyük çətinliklərə baxmayaraq, vacib işlər gördüklərini vurğulayıb.

Tramp hökumətinin son bir ildə fərqli bölgələrdə işlər həyata keçirdiyinə diqqət çəkən Tillerson məqaləsində “Son bir ildə ABŞ Şimali Koreya, Çin, Rusiya və beynəlxalq terrorizmlə mübarizədəböyük çətinliklərlə qarşılaşıb” ifadələrini işlədib.

Dövlət Departamentinin fəaliyyətinə toxunan Tillerson məqaləsində qeyd edir ki, çətinliklərə rəğmən, Amerika xalqı Xarici İşlər Nazirliyi və USAİD-ın beynəlxalq sülh və təhlükəsizliyin qorunması yönündə fəaliyyətindən cəsarət tapmalıdır.

Dövlət katibi Şimali Koreyaya tətbiq edilən sanksiyaları Prezident Trampın diplomatik uğuru adlandırıb. O qeyd edib ki, Prezident Trampın təzyiqləri nəticəsində Şimali Koreyaya ixracın 90 faizi dayandırılıb. Bu ixracın böyük bir qismi qanunsuz silah istehsalı üçün istifadı olunurdu.

Reks Tillerson ümid edir ki, beynəlxalq izolyasiya Şimali Koreya rejiminin nüvə sınaqlarını dayandırması üçün əhəmiyyətli addım olacaq: “Dialoq üçün qapılarımız açıqdır, amma rejimin ciddi bir dialoq masasında əyləşməsi üçün iradə göstərməsi lazımdır. Nüvə sınaqlarını durdurmayana qədər təzyiqlərimiz davam edəcək”.

Dövlət katibi Donald Tramp hökumətinin İŞİD-ə qarçı sərt bir mücadilə içində olduğunu bəyan edib. Onun fikrincə, məhz bu mübarizənin nəticəsidir ki, İŞİD İraq və Suriyada torpaq itkisinə məruz qalıb.


Müəllif: Cavad

Oxşar xəbərlər