Rusiyada pauerliftinq üzrə dünya çempionu Andrey Draçevi öldürməkdə təqsirli bilinən azərbaycanlı Anar Allahverənovun işi məhkəməyə göndərilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, istintaq qarışıq döyüş növləri ilə (MMA) məşğul olan Anar Allahverənovu xuliqanlıq və qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilib.
Qeyd edək ki, hadisə cari il avqustun 20-də baş verib. Allahverənov və pauerlifting üzrə dünya çempionu Andrey Draçev arasında Xabarovsk şəhərinin "Qalereya" kafesində baş verən mübahisə dava ilə nəticələnib.
Ağır kəllə-beyin travması alan Draçev xəstəxanada keçinib, Allahverənov isə hadisə yerindən qaçıb.
Azərbaycanlı idmançı sentyabrın 19-da saxlanılıb.