Venesuelalı model Elizabet Eskaloni Meksikanın San Pedro şəhərində güllələnib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə 27 yaşlı modelin gecə klubundan çıxdığı zaman baş verib.
Naməlum şəxslər Elizabet və sevgilisinin olduğu avtomobili atəşə tutublar.
Hadisənin təfərrüatları məlum deyil.