29 Dekabr 2017 09:00
2 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm adamları 2030-cu ildə dünyada temperaturun qəfildən düşərək buz dövrünün başlayacağı haqda xəbərdarlıq ediblər.

Teleqraf.com xəbər verir ki, İngiltərədə Nortumbriya Universitetinin riyaziyyat üzrə professoru Valentina Zarkovanın rəhbərlik etdiyi alimlər qrupu gələcəkdə dünyada iqlim dəyişikliyi ilə bağlı riyazi hesablama modeli aparıb.

Araşdırmaya görə, 2020-2030-cu illər arası Günəşdə ard-arda maqnit dalğaları baş verəcək.

Zarkova bu vəziyyətin 2021-ci ildən etibarən Yer üzündə temperaturun düşməsi, 2030-cu ildən dünyada kiçik buzlaşma dövrünün başlamasına səbəb olacağını iddia edib:

“Ümid edirəm ki, Günəşin maqnit təsirləri diqqətə alınaraq hesablanan 30 illik soyuqlaşma dünyadakı istiləşmənin təsirlərini bir qədər azaldacaq”.

Elm adamlarının yaratdığı bu modelə görə, Günəş 2022-ci ildə zirvəyə qalxacaq, 25 döngədə bir cür maqnit dalğası anidən düşəcək, 2030-2040-cı illər arasında soyuq dövr olacaq. 26-cı döngədə isə bu dalğalar bir-birini sonlandıracaq. Nəticədə Günəşin təsiri əhəmiyyətli şəkildə azalacaq.

Tədqiqatçılar 2030-cu ildən sonra Günəş aktivliyinin 60 faiz civarında azalacağını və bu durumun dünyada ən son dəfə 1645-1715 illər arasında baş verən mini buz dövrünün başlamasına səbəb olduğunu qeyd edib.


Müəllif: Cavad

Oxşar xəbərlər