29 Dekabr 2017 10:24
2 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının yüksək rütbəli komandirlərindən olan Siyabənd Vəlad ABŞ-dan aldığı son təlimatı açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Pentaqonun Türkiyə ilə sərhəd boyunca 100 minlik yeni ordu qurulması tapşırığını yerinə yetirməkdə olduğunu bildirib:

“Yeni orduda YPG, PYD və Süriya Demokratik Qüvvələrinin silahlıları yer alacaq. Tapşırıq yaxın günlərdə tam yerinə yetirilmiş olacaq.

Göstəriş Pentaqon nümayəndəsi Brett Makkard tərəfindən çatdırılıb. Pentaqon 2018-ci ildə həmin orduya görə bizə 400 milyon dollar yardım göndərəcək”

Terrorçuların komandiri bildirib ki, İŞİD terror təşkilatı qarşısında qazandıqları təcrübədən Türkiyəyə qarşı istifadə edəcəklər.

O qeyd edib ki, yeni ordu üçün Haseke, Ayn əl-Ərəb, Münbiç, Tabka, Deyr-əz-Zor və Tel-Abyadda yeni təlim düşərgələri qurulacaq.


Müəllif: Samir