Livan ilə Suriya sərhədində silahlı qarşıdurmalar olub.
Livan sərhədçiləri zorakı yolla ölkə ərazisinə daxil olmağa çalışan silahlılara qarşı müqavimət göstəriblər.
Sərhədlərə hücum edən əl-Qaidə terror təşkilatına bağlı Nüsrə cəbhəsinin silahlıları olub. Hücumlar zamanı azı 10 livanlı əsgər öldürülüb, 13 nəfər isə, girov götürülüb.
Hücum Arsal rayonunda baş verib. Təhlükəsizlik qüvvələri rayona gedən yolları bağalayaraq silahlılara qarşı xüsusi əməliyyatlar keçirməyi planlaşıdırır. Bu barədə Livanın hərbi rəhbərliyi açıqlama verib.
Təhlükəsizlik məsələləri ilə əlaqədar bölgəyə, eyni zamanda, mediya mənsubları da buraxılmayıblar./anspress/