29 Dekabr 2017 11:36
669

Rusiyanın paytaxtı Moskvada sərnişin avtobusu növbəti faciəyə səbəb olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, avtobus Sxodnensk küçəsindəki dayanacaqdakı sərnişinləri əzib.

Hadisə zamanı azı 2 nəfər həlak olub, 3 nəfər yaralanıb. Qəzanın səbəbləri məlum deyil.

Qeyd edək ki, dekabrın 25-də Moskvada sərnişin avtobusunun metro keçidinə girməsi nəticəsində 5 nəfər həlak olub, 15 nəfər yaralanıb.


Müəllif: Teleqraf.com