ABŞ-ın silah istehsalı ilə məşğul olan "Rayseon" şirkəti 10 ölkə ilə müqavilə bağlayıb.
Teleqraf.com "Röyter"ə istinadla xəbər verir ki, müqaviləyə əsasən, şirkət həmin ölkələrə AMRAAN raketlərini satacaq.
Razılaşmada adları çəkilən ölkələr Türkiyə, Yaponiya, Cənubi Koreya, Mərakeş, Polşa, İndoneziya, Rumıniya, İspaniya, Bəhreyn və Qətərdir.
Qeyd edək ki, 1980-cı illərin sonundan istehsala başlanan raket ən öldürücü silah kimi tarixə düşüb.