30 Dekabr 2017 00:11
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın baş naziri Mariano Rahoy yanvarın 17-də Kataloniya parlamentinin iclasını çağırıb.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Mariano Rahoy müstəqillik haqqında qeyri-qanuni referendumdan sonra yaranan Kataloniya böhranının İspaniya konstitusiyasına yönəlik ən böyük hücum olduğunu deyib.

Kataloniyada dekabrın 21-də keçirilən seçkidən sonra andiçmə mərasiminin yeni ilin ilk həftələrində olacağını vurğulayan baş nazir yanvarın 17-də parlamentin iclasını çağırmaq arzusunda olduğunu deyib.

“Ümid edirəm çox yaxın zamanda Kataloniyada son aylarda yaşanan böhranın ciddi sosial, iqtisadi təsirlərini əks tərəfə çevirmək üçün var qüvvə ilə çalışan hökumətə inana biləcəyik”, - deyə Mariano Rahoy qeyd edib.

O, İspaniyada ayrılma kimi qeyri-qanuni təşəbbüslərə yer olmadığını söyləyib.


Müəllif: Kəmalə

Oxşar xəbərlər