Səudiyyə Ərəbistanında korrupsiya ittihamı ilə həbs edilmiş şahzadələrdən ikisi - Məşal bin Abdullah və Feysal bin Abdullah azadlığa buraxılıb.
Teleqraf.com xəbər verir ki, iki şahzadənin azadlığa buraxıldığını digər şahzadə Nevf bin Abdullah Tvitterdə bəyan edib.
Səudiyyə Ərəbistanında bu haqda rəsmi açıqlama verilməyib.
Ancaq “Sebak” internet səhifəsində iddia edilib ki, şahzadələr mülk məsələlərində razılığa gəldikdən sonra azad olunublar.
Bir müddət əvvəl şahzadələrdən bir neçəsinin həbsdən buraxılması haqda məlumat yayılmış, amma adlar qeyd edilməmişdi.