ABŞ-da Donald Trampın prezidentliyi dövründə qurulmuş hökumətin fəaliyyət göstərdiyi ilk ildə yüksək səlahiyyətli şəxslərin 34 faizi vəzifəsini tərk edib.
Teleqraf.com xəbər verir ki, bu, Amerika tarixində bir ilkdir.
Trampın prezidentliyinin birinci ilində yüksək dövlət adamlarının çoxu hökumətlə yollarını ayırıb və ya vəzifədən çıxarılıb.
Brukinq İnstitutunun mütəxəssisi Ketrin Dan-Tenpas deyib ki, 34 faiz yüksək göstəricidir:
“Bu, normal vəziyyət deyil. Hökumətin birinci ili adətən qanunların hazırlanıb qəbulu dövrü olur. Tramp administrasiyasının vəziyyəti bir qədər fərqlidir. Prezidentinin çevrəsindəki şəxslərin təcrübəsi yoxdur”.
İnstitutun hesabatında qeyd edilir ki, Barak Obamanın prezidentliyinin ilk ilində yüksək səlahiyyətli məmurların 9, Bill Klintonun prezidentliyinin ilk ilində isə 11 faizi dəyişdirilib. 1981-ci ildə ABŞ prezidenti seçilən Ronald Reyqanın fəaliyyətinin birinci ilində yüksək vəzifə tutanların 17 faizi dəyişdirilib.
Xatırladılır ki, Donald Trampın milli təhlükəsizlik müşaviri olan general Flinn vəzifəsində 25 gün qala bilib. Trampın seçki kampaniyasının aktiv şəxslərindən olan Rayns Prebus və Stiv Bannoda hökumətdən qısa müddətə ayrılıb.
Hazırda Trampın rabitə direktoru olan Hop Hiks son bir il ərzində bu vəzifəni yerinə yetirən dördüncü adamdır.