20.08
Ukraynanın Xarkov şəhərində silahlı şəxs poçta basqın edərək 11 nəfəri girov götürüb.
Teleqraf.com Rusiya KIV-ə istinadən xəbər verir ki, girov saxlanılan şəxslərdən ikisi uşaqdır.
Hadisə yerinə polis qüvvələri cəlb edilib.
***
20.53
Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Prezident Petro Poroşenkoya Xarkovda poçt şöbəsində girov götürülənlərdən 5 nəfərin azad edildiyini məruzə edib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Prezident Petro Poroşenkonun mətbuat katibi Svyatoslav Tseqolko bildirib.
Azad edilənlərdən ikisi uşaqdır.
***
00.40
Xarkovda girovların azad edilməsi zamanı ölən və yaralanan olmayıb.
Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna milli polisinin rəhbəri Sergey Knyazev bildirib:
"11 nəfəri girov götürən şəxs saxlanılıb. Ölən və yaralanan yoxdur".