31 Dekabr 2017 10:21
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üç gün əvvəl İranın Məşhəd şəhərində hökumətə qarşı başlanan kütləvi etirazlarla əlaqədar Tehran hökuməti bəzi qabaqlayıcı tədbirlər həyata keçirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ölkədə internetin verilməsinə uzun müddətli suni fasilələr yaradılıb.

Bununla hökumət ölkədəki informasiyaların İranın digər bölgələrinə çatmasını əngəlləməyə çalışır.
Bu arada, etirazçılar Arak bölgəsində valilik binasını ələ keçirib və Hüramabad şəhərində bələdiyyə binasına od vurub.


Müəllif: Samir