BMT baş katibi Antonio Quterres Yeni il gecəsi dünya ictimaiyyətinə çağırış edib.
Teleqraf.com xəbər verir ki, Quterres dünyanın sülhdən uzaqlaşdığını və 2018-ci ildə xalqların təhlükə ilə üz-üzə qalacaqlarını bildirib.
Quterres qeyd edib ki, qlobal nüvə müharibəsinin yaranma ehtimalı soyuq savaş dönəmində olduğundan daha ciddi xarakter alıb.
"Bərabərsizlik hər gün artır, insan haqları kobud surətdə pozulur, milliyyətçilik, ksenofobiya meylləri güclənib. Əgər biz bir olsaq dünyada sülhü bərqərar edə bilər, böhranları, nifrətləri aradan qaldırarıq. Ortaq dəyərlərimizi qorumaq üçün birliyə ehtiyacımız var".