1 Yanvar 2018 08:42
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin baş naziri Benyamin Netanyahunun lideri olduğu Likud Partiyası Mərkəzi Komitəsi işğal altındakı Fələstin torpağı olan Qərbi Şәriada məskunlaşmış yəhudi ailələrinin olduğu məkanların ilhaqını nəzərdə tutan layihəni qəbul edib.

Teleqraf.com xəbər verir ki, hazırlanmış qanun layihəsində Qüds də daxil olmaqla Yahuda və Samaranın İsrailə ilhaq edilməsi və həmin ərazilərdə tikinti işlərinin aparılmasına dövlət dəstəyinin artırılması nəzərdə tutulub.

Layihə Knessetə təqdim olunacaq.

Qeyd edək ki, beynəlxalq qurumlar İsraildən Qərbi Şәriada məskunlaşmanın dayandırılmasını tələb edib. Dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyandan sonra bölgədə siyasi vəziyyət gərginləşib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər