1 Yanvar 2018 12:42
2 530
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ilin 11 ayı ərzində Türkiyədən 20 min 147 xarici vətəndaş mülk alıb.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Türkiyədən ev alanlar arasında ilk üçlüyü ərəb ölkələri tutur.

Əcnəbilərə satılan hər 10 əmlakdan 4-nü Səudiyyə Ərəbistanı vətəndaşları və küveytlilər alıb. İraqlılar 3387, səudiyyəlilər 3074, küveytlilər 1540, ruslar 1202, əfqanlar 976 mülk satın alıblar.

İlk "onluq"da azərbaycanlılar da var. 11 ay ərzində Azərbaycan vətəndaşları Türkiyədən 851 ev alıblar.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər