1 Yanvar 2018 18:06
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin Azadlıq Təşkilarına bağlı 5 təşkilat – Əsirlər və Azad Edilənlər Heyəti, Fələstin Əsirlər Cəmiyyəti, Vicdan İnsan Haqları, Əsirlərə Yanaşma Təşkiları və Mizan İnsan Haqları Mərkəzinin birgə yaydığı açıqlamada bəyan edilib ki, 2017-ci ildə İsrail hərbçiləri Qərbi Şeria və Qəzzada 6 min 742 nəfəri həbs edib.

Teleqraf.com xəbər verir ki, açıqlamada İsrail hökuməti tərəfindən həbs edilənlərin 467 nəfərin uşaq, 156-nın qadın, 14-nün Fələstin Qanunvericilik Məclisinin üzvü, 25-nin isə jurnalist olduğu bildirilib.

Həbs edilənlərdən bəziləri sonradan sərbəst buraxılıb.

Hazırda İsrail həbsxanalarında 359 uşaq, 22 jurnalist və 10 deputat olmaqla ümumilikdə 6 min 590 fələstinli var.


Müəllif:

Oxşar xəbərlər