1 Yanvar 2018 14:31
2 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrandakı kütləvi aksiyaların 5-ci günündə ölənlərin sayı 10-a çatıb.

Teleqraf.com Milliyet-ə istinadla xəbər verir ki, bu məlumatı az öncə İranın dövlət televiziyası yayıb.

Etirazların ölkə ərazisi boyunca genişləndiyi, yüzlərcə insanın həbs olunduğu, Urmiyadakı aksiyalarda rejim əleyhinə şüarlar səsləndirildiyi deyilir. Sosial şəbəkələrdəki paylaşmalarda Ayətullah Xamneyinin portretinin aşağı endirildiyi göstərilir.

İsfahanda polisin nümayişçilərə atəş açdığı xəbər verilir.

Röyter-in məlumatına görə, Takestan şəhərində 1925-ci ildən 1941-ci ilə qədər İranı idarə eləmiş Rza Pəhləvini tərifləyən şüarlar səsləndirililib.

Pəhləvi sülaləsi 1979-cu il İslam inqilabı nəticəsində taxtdan salınlıb.


Müəllif: Mahir

Oxşar xəbərlər