ABŞ və İsrail İran ordusunun generalı, "Qüds gücü" hərbi birləşməsinin komandiri Qasım Süleymaninin zərərsizləşdirilməsi üzrə razılığa gəliblər.
Teleqraf.com xəbər verir ki, İsrailin "Haretz" qəzetində yer alan məlumata görə, Pentaqon Süleymaninin aradan qaldırılması üçün Təl-Əvivə yaşıl işıq yandırıb.
Küveytin "Əl Cəridə" qəzeti İsraildəki etibarlı mənbəyə istinadən yazır ki, İsrail üç dəfə Süleymanini öldürməyə çox yaxın olub, amma ABŞ hökuməti bu barədə İran tərəfini məlumatlandırmaqla sui-qəsd planının qarşısını alıb. Bu, ABŞ-İsrail münasibətlərində ciddi problemlər yaratmışdı. Son anlaşmaya görə, İsrail təkcə Qasım Süleymaninin deyil, İranın Suriyadakı iki nömrəli generalı Məhəmməd Rza Felahzadənin aradan götürülməsi məsələsində ABŞ-la razılaşıb.
Qeyd edək ki, Q.Süleymaninin köməkçisi Xeyrullah Səmadi 2017-ci ilin noyabr ayında Suriya-İraq sərhədində öldürülmüşdü.
Nəşrin yazdığına görə, İran istər Suriya, İraq, istərsə də Yəmədəki proseslərdə qalib tərəf təsiri bağışlayır.