Bəhreyn Xarici İşlər Nazirliyi İranda yaşanan etirazlarla bağlı vətəndaşlara müraciət edib.
Teleqraf.com xəbər verir ki, müraciətdə İranın ayrı-ayrı şəhərlərində yaşanan etirazlardan dolayı bu ölkəyə səfərləri təxirə salınması xahiş olunur.
Qeyd edək ki, dekabrın 28-də İranın Məşhəd şəhərində heç bir siyasi partiyanın çağırışı olmadan insanlar ölkədəki sosial duruma etiraz olaraq küçələrə çıxıblar. Qısa müddət ərzində etirazlar bir neçə şəhərə yayılıb.
Aksiyaların dağıdılması zamanı azı 12 nəfər ölüb.