Kiyevin dairə inzibati məhkəməsi Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilini əlavə müdafiəyə ehtiyacı olan şəxs kimi tanımaqdan imtina edib.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, Saakaşvili özü bu barədə məhkəməyə müraciət edib. Qeyd edək kiŞ bundan öncə onun vəkili eyni xahişlə məhkəməyə müraciət etmişdi. Lakin o zaman məhkəmə iddianı rədd edərək, Saaakşvilinin şəxsən məhkəməyə müraciət etməsini istəmişdi.
Saakaşvilinin rəsmi müraciətindən sonra işə baxan hakim Tatayana Skaçok "iddianın təmin edilməsindən imtina edilir" deyə məhkəmənin qərarını açlqlayıb.