4 Yanvar 2018 09:46
2 166
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Qərbi Azərbaycan əyalətinin Piranşəhr şəhərinin sərhəd məntəqəsində Kürdistan Demokrat Partiyasının silahlıları ilə SEPAH-çılar arasında silahlı insident baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı azı 3 SEPAH-çı öldürülüb, bir neçə nəfər yaralanıb.

SEPAH-ın yaydığı bəyanatda insidentin konkret baş verdiyi tarix və onun səbəbləri açıqlanmayıb.

İranın Kürdistan Demokrat Partiyası isə baş vermiş olayla bağlı bəyanat yayaraq bildirib ki, silahlı qarşıdurma SEPAH qüvvələrinin peşmərgə və kürd fəallarının evlərinə hücumundan sonra yaranıb.


Müəllif: Samir

Oxşar xəbərlər