Avstraliyalı internet jurnalisti və “VikiLiks”in yaradıcısı, son zamanlarda dünyanın gizli idarə edilməsi nəzəriyyəsi tərəfdarlarından biri, Londondaki səfirliklərdən birində gizlənən Culian Assanc növbəti dəfə hər kəsi şoka salıb.
Teleqraf.com xəbər verir ki, Assanc öz Tvitter hesabında kimsənin anlamadığı bir şifrə paylaşaraq yenidən qeybə çəkilib.
Qeyd edək ki, Assanc ötən il oktybarın 15-də də budəfəkinin bənzəri olan şifrə paylaşmışdı. Həmin şifrə hələ də konispiroloqlar üçün müəmma olaraq qalır – o, kimə, nə demək istəmişdi?
İndi isə 60 rəqəmli, açarsız heç kimin anlamayacağı yeni şifrə. Ötən dəfəkindən fərqli olaraq o, bu dəfə paylaşdığı şifrədə, məşhur müğənni M.İ.A-nın “Kağız təyyarələr” adlı mahnısının linkini paylaşaraq, ipucu verib. Bu məşhur musiqidə müğənni KQB-dən daha çox informasiyaya sahib olması haqda oxuyur.
Musiqinin “Məni sərhəddə saxlasalar, lazım olan başqa vizam da həmişə tapılacaq” misrasından konspiroloqlar Assancın ABŞ-da olduğunu düşünürlər. İnternetdə yayılan digər iddialara görə isə, Assanc öldürülüb, şifrələrin yayılması isə “avtomatik düymə”nin səhvi olub. Bu şifrənin arxasında isə internet jurnalistinin sahib olduğu, haqqında danışarsa, bütün dünyanı şoka salacaq tam məxfi məlumatlar gizlənib. Buna görə də jurnalist Ekvador səfirliyində illuminantlardan boş yerə bir neçə dəfə gizlənməyib.