İran ABŞ-ı onun daxili işlərinə qarışmaqda ittiham edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu səbəbdən Tehran Vaşinqtondan BMT-yə şikayət edib.
Bununla bağlı İranın BMT-dəki daimi nümayəndəsi Qulaməli Xosrov məlumat verib.
O, məsələ ilə bağlı Tehran tərəfinin məktubunu BMT Baş katibi Antonio Quttereşə və BMT Təhlükəsizlik Şurasına təqdim etdiyini deyib:
“ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Mayk Pens Tvitterdə İran xalqını etirazlara təhrik edən fikirlər paylaşırlar. Bu, İranın daxili işlərinə müdaxilədir”.
Xosrov BMT-ni ABŞ-ın bu addımlarını qınamağa çağırıb.