Rusiya Prezidenti Vladimir Putin Misirlə aviareyslərin bərpasını nəzərdə tutan sərəncam imzalayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, sərəncamın mətni bu gün Putinin rəsmi saytında dərc edilib.
Sənəd imzalandığı gündən qüvvəyə minir.
Xatırladaq ki, Rusiya Misirlə aviasiya əlaqəsini 2015-ci ilin noyabrında Şarm-əş Şeyxdən Peterburqa uçan təyyarənin Sinay üzərində qəzaya uğramasından sonra dayandırmışdı. Qəza nəticəsində “Koqalımavia” kompaniyasına məxsus laynerin göyərtəsindəki 217 rusiyalı turist və 7 ekipaj üzvünün hamısı həlak olmuşdu. Federal Təhqiqat Bürosu bu hadisəni terror aktı kimi təsnifatlaşdırmışdı.