4 Yanvar 2018 22:39
3 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İnqilab Keşikçiləri ölkədə hökumət əleyhinə başlayan aksiyaların ən pik həddə çatdığı 3 şəhərə qoşun yeridib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, gənclərin və işçi təbəqəsinin ağır iqtisadi şərtlər əleyhinə başladığı aksiyalar ali dini lider Ayətullah Xameneyi başda olmaqla, hökumətə qarşı siyasi xarakter daşımağa başlayıb.

21 nəfərin həlak olduğu aksiyaların qarşısının alınması məqsədilə İran İnqilab Keşikçiləri hazır vəziyyətə gətirilib. General Məhəmməd Əli Cəfəri yarana biləcək yeni iğtişaşların qarşısını almaq üçün aksiyaçıların fəal olduğu Həmədan, İsfahan və Loristan şəhərlərində hərbi birliklərin yerləşdirildiyini bəyan edib.


Müəllif: Kəmalə

Oxşar xəbərlər