Kibertəhlükəsizlik sahəsi ilə məşğul olan ekspertlər cari ildə kompüter sahəsində gözlənilən təhlükələr haqda məlumat veriblər. Mütəxəssislər hesab edirlər ki, indiki halda "ağıllı evlər" hakerlərin hədəfindədir.
Teleqraf.com "İctnyus"a istinadən xəbər verir ki, hazırda dünyada “ağıllı” qurğular populyarlaşmaqdadır. Tərtibatçılar müasir təhlükəsizlik sistemlərinə çox da diqqət ayırmayaraq belə qurğuların hazırlanmasına üstünlük verirlər. Bunun nəticəsində 2018-ci ildə "ağıllı evlər" hakerlərin hədəfində olacaq. Həmçinin “ağıllı” saatlar, başqa “ağıllı” qurğular zərbə altında olacaqlar.
Mütəxəssislər hesab edirlər ki, şirkətlər indiki halda biznesin idarə edilməsi fəlsəfəsinə dəyişiklik etməlidirlər. Qeyd etmək lazımdır ki, əks təqdirdə yeni kibercasusluq növləri meydana çıxacaq. Proqramçılar “ağıllı” saat və “ağıllı” evlərdə müasir təhlükəsizlik sistemlərinə diqqət ayırmalıdır.