Türkiyədə həbsdə olan mafiya lideri Ələddin Çakıcının qardaşı oğlu Adəm Çakıcını qətlə yetirən şəxslər həbs olunub.
Teleqraf.com xəbər verir ki, Adəm Çakıcı dekabrın 29-da axşam saatlarında İstanbulda otellərin birinin önündə güllələnib.
Mafiya liderinin qardaşı oğlunu güllələyən üç kişi həbs edilib. Məhkəmə onların barəsində həbs qətimkan tədbiri seçib.