Belarus Ukraynanın Odessa şəhərində ölkənin Baş Konsulluğunun bağlanması haqqında qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Belarus hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Nazirlər Şurası 2018-ci il fevralın 23-nə qədər Odessada Belarus Respublikasının Baş Konsulluğunu bağlamağı qərara alıb”, - deyə hökumətin qərarına dair xəbərdə bildirilir.
Xarici İşlər Nazirliyinə bu istiqamətdə lazımi prosedurların həyata keçirilməsi tapşırılıb.