Növbəti həftə Vaşinqton İranla nüvə sazişinin dəyişdirilməsi üçün xüsusi qanun qəbul edəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Reks Tillerson deyib: “Prezident hesab edir ki, ya sazişdə düzəlişlər aparılacaq, ya da o, rədd ediləcək. Biz birinci variantı yerinə yetirməyə çalışırıq”.
Tillerson əlavə edib ki, Obama hökuməti ilə bağlanmış sazişdə bəzi boşluqlar var. İran isə sazişin dəyişdirilməsinə və ləğvinə razılıq verməyəcəyini bəyan edib.