Böyük Britaniyanın baş naziri Tereza Mey yanvarın 8-də Nazirlər Kabinetinin bir hissəsini istefaya göndərəcək.
Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, baş nazir hökumətin müasir və rəngarəng olmasına istədiyini bildirib.
T.Mey daxili işlər, maliyyə, xarici işlər və Breksit üzrə nazirləri öz vəzifəsində saxlayacağını bəyan edib.
Baş nazirin, həmçinin, hökumətin yeni aparat rəhbərinin adının açıqlanması planlaşdırılır.