“Nyu York Tayms” qəzeti Misir hökumətinin ABŞ prezidenti Donald Trampın Qüdsün İsrail paytaxtı kimi tanınması qərarını dəstəklədiyinə dair xəbər yayıb.
Teleqraf.com-un məlumatına görə, ABŞ qəzeti Misir təhlükəsizlik orqanlarının ölkə televiziyalarına "üzdə İsraili qınayın, amma hökumət üçün Rəmallahın Qüdsdən heç bir fərqi yoxdur. Qüds məsələsi o qədər də önəmli deyil" şəkilində göstəriş verdiklərini iddia edib.
Misirin Prezident Administrasiyasının mətbuat xidməti “Nyu York Tayms”dakı iddianı yalanlayıb.