Fransanın ifrat sağçı partiyası Milli Cəbhənin adı dəyişdirilir. Teleqraf.com xəbər verir ki, bu barədə təşkilatın lideri Le Pen məlumat verib.
Le Pen martın 11-də keçiriləcək qurultayda partiya ilə bağlı ciddi qərarlar qəbul ediləcəyini bildirib.
Avstriya, Polşa və Macarıstanda keçirilən seçkilərdə ifrat sağçıların qalib gəldiyini xatırladan Le Pen partiyasının Avropa Parlamenti (AP) seçkilərində uğur əldə edəcəyinə ümidini ifadə edib.